ANALİTİKA

01 Yanvar
3

Soyuq havadan 30 milyard dollar - ZƏRƏR

2014-cü ilin ilk günlərində ABŞ-da rekord mənfi temperaturla müşaiyət olunan hava şəraiti Amerika iqtisadiyyatına 5 mlrd dollar zərər vurmasıyla yanaşı, 40-dan çox adamın ölümünə səbəb olub. Xatırladaq ki, Kaliforniyadan Nyu-Yorka qədər olan ərazidə bir neçə gün ərzində temperatur iqlim normasından 14-19 dərəcə aşağı düşüb. Bu, son 20 ildə müşahidə olunan ən aşağı temperator idi. Hətta son 100 ildə ilk dəfə olaraq Niaqara şəlaləsi də donub: sürətlə axan suyun bir hissəsi hündürlüyü 50 metrdən böyük olan buz salxımlarına çevrilib. Meteoroloqların proqnozlarına görə yaxın vaxtlarda soyuq hava kütlələri ABŞ ərazisini tərk edəcək və buz bağlayan ərazilər əriyəcək.
Hava şəraitinin biznesə təsirinin qiymətləndirilməsi ilə məşğul olan "Planalytics" şirkətinin məlumatlarına əsasən, şaxtalar 200 milyondan çox insanın yaşadığı ABŞ-ın mərkəzi və şərq ərazilərini əhatə edir.
ABŞ iqtisadiyyatına və sığortaçılara dəyən zərərlər artır
Ekspertlər hesab edir ki, soyuqlardan dəyən zərərin həcmi ABŞ-ın cəmi bir iş saatı müddətində əldə etdiyi ÜDM-un həcminə bərabərdir. Yəni soyuqlar 2010-cu ildə daha böyük zərərlərə səbəb olmuşdu. Həmin il soyuq hava şəraiti ABŞ iqtisadiyyatına 25-30 mlrd dollara başa gəlmişdi.
Soyuqlar sığorta şirkətlərinə də ciddi zərər vurublar, lakin onlar hələ də zərərlərin qiymətləndirilməsinə başlamayıblar. “Insurance Information Institute”un məlumatına əsasən, hələ adi illərdə sığortaçılar soyuqların vurduğu zərərlər üçün ildə 1,4 milyard dollar əlavə pul nəzərdə tuturdular. Bu il isə həmini rəqəm xeyli yüksək olmalıdır.
"Munich Re"nin məlumatına əsasən, qış fırtınalarından sığortalanmış zərərlər 2013-cü ildə sığorta sektoruna 1,9 milyard dollar zərər vurub. (2012-ci ildə bu rəqəm 38 milyon dollar idi). 1993-cü ildən 2012-ci ilədək qış fırtınaları ümumilikdə sığortaçılara 28 milyard dollara başa gəlib. Bununla da, son 20 ildə sığortalanmış zərərlərin həcmi 30 mlrd dolları aşıb.
Sığortalanmış zərərlərin artım dinamikası (1980-2010)
Xatırladaq ki, 2013-cü ilin mart ayında bütün Avropanı bürüyən və 30 nəfərin ölümünə səbəb olan sərt hava Avropa iqtisadiyyatına 1,4 milyard avro (1,8 milyard dollar) zərər vurmuşdu. "AON Benfield"in məlumatlarına əsasən, o zaman təbii fəlakətlərdən ən çox Fransa, Almaniya və Ukrayna zərər çəkmişdi. Lakin Avropa mart ayında təbii fəlakətlərdən zərər çəkmiş yeganə bölgə deyildi. O zaman Yaponiyanın Hokkaydo və Honsyu adasının şimal hissəsində də güclü qar yağmışdı. Yerli hakimiyyət orqanları təmizləmə işlərinə 14 milyon dollar xərcləmişdi. İqtisadi zərərlər ABŞ-ın bəzi ştatlarına da təsir etmişdi. Ekspertlər həmin zərərin həcmini 100 milyon dollar civarında hesablamışdı.
ABŞ-da anomal soyuqlar (Foto)