ANALİTİKA

01 Yanvar
4

Avtopilotlar sığorta bazarını çökdürə bilər - PROQNOZ

Yaxın gələcəkdə avtomobillərin texniki baxımdan inkişafı sığorta sektorunda ciddi dəyişikliklərə səbəb olacaq. Mütəxəssislər bu dəyişikliklərin sığortaçıların xeyrinə olmayacağını bildirirlər. Fins.az-ın ABŞ mətbuatına istinadən məlumatına görə, hətta bəzi mütəxəssislərin fikrincə, avtomobillərdə yeni texnologiyaların tətbiqi sığorta sektorunun kəskin azalması ilə nəticələnəcək.
Məsələ bundadır ki, sürücülərin xoşuna gəlsə də, gəlməsə də, onlar sığorta haqqını başqalarının yaratdığı risklərə görə ödəyirlər. Məsələ bundalır ki, avtomobil sığortası şirkətləri sığorta haqlarını bütün sürücülər tərəfindən törədilmiş qəzalara əsaslanaraq hesablayırlar. Amerikanın Milli Magistral Nəqliyyatının Təhlükəsizliyi Administrasiyasının (MMNTA) verdiyi məlumata görə 2011-ci ildə ölkədə 5,3 milyon yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrə görə ABŞ-da sürücülər hər il tibbi xərclər, məhsuldarlığın itirilməsi, gecikmələr, iş yeri xərcləri, sığorta xərcləri və hüquqi xərclərə adam başına təxminən 819 ABŞ dolları itirir. Bu xərclər təbii ki, özünü sığorta haqlarında da göstərir.
Avtopilotlu gələcək
Amma qarşıdakı illərdə avtomobillərdə tətbiq olunacaq yeni texnologiyalar - o cümlədən özünü idarə etmə sistemləri bu xərcləri azaltmağa kömək edəcək. İndiyədək belə yeniliklər yalnız elmi fantastik filmlərdə göstərilsə də, artıq "Google" və "Nissan" kimi şirkətlər bunu reallığa çevirməyə başlayıblar - ola bilsin ki, artıq 2 ildən sonra - 2015-ci ildə biz yollarda avtonom (özü özünü idarə edən) avtomobilləri görə biləcəyik. İnsanların sükan arxasından tamamilə çəkilmələri üçün isə zun müddət tələb olunacaq - ekspertlərin proqnozuna görə bu 2040-cı ilə qədər ola bilər. Sığorta şirkətləri bu proqnozları dəhşətlə izləyirlər - çünki həmin vaxt dünyada faktiki olaraq heç bir yol hadisəsi baş verməyəcək, ya da onlparın sayı indikindən qat-qat az olacaq.
Sığorta haqları 80% azalacaq
Bu o deməkdir ki, iri sığorta şirkətlərinin əsrlər boyu təkmilləşdirdiyi sığorta haqlarını hesablama alqoritmləri artıq köhnəlmiş olacaq və sığorta haqlarının yeni standartlara uyğun olaraq hesablanması zərurəti yaranacaq. Bu dəyişiklik nə qədər ola bilər? MMNTA-nın verdiyi məlumata görə qəzaların 95%-nin insan səhvi üzündən baş verir. Tədqiqat şirkəti olan “Celent”in məlumatına görə maşınlarda avtonom idarəetmənin qurulması insan səhvlərini də araan qaldıracaq. Bu isə onunla nəticələnəcək ki, artıq 2022-ci ildə məsuliyyət sığortası üçün indikindən 80% daha az sığorta haqqı ödəmək lazım gələcək.
Yeni sistemlər dövrü
Hələ də avtoidarəetmənin sadəcə bir xəyal olduğunu düşünürsünüz? Nəzərə alın ki, artıq müxtəlif şirkətlərin istehsal etdiyi 30-dan çox avtomobil modeli avtonom idarəetməyə malikdir. Bu sistemlər insanlar tərəfindən edilən riskləri azaldır. Beləliklə...
Avtonom qəza əyləclər sistemləri: Bu cür əyləclər 1970-ci illərin əvvəllərindən bir çox avtomobillərdə tətbiq olunur, lakin son zamanlarda "Fiat", "Audi", "Volkswagen" və başqa avtomobil markaları bu sistemi təkmilləşdiriblər. Artıq yeni əyləc sistemləri qarşıdakı maneə ilə avtomobil arasındakı məsafəni ölçür və avtomobil həddindən artıq yaxınlaşdıqda avtomatik olaraq əyləci işə salır. Yəni sürücü özü əyləci basmağa geciksə də, bunu sistm özü edir. Bu texnologiyanın qəzaları 27% azaldacağı gözlənilir.
Adaptiv kruz kontrol: "Audi", "Volkswagen", "Toyota" və başqa avtomobil istehsalçıları bu ağıllı sistemi 1995-ci ildən bəri inkişaf etdirlər. Bu sistem avtomobilin sürətini avtomatik olaraq qarşıdakı avtomobilin sürətinə uyğunlaşdırır. MMNTA-nın dediyinə görə sürətlə bağlı hadisələr hər il amerikalılara 40 milyard dollar ziyan vurur; bu məbləği 270 milyon sürücü arasında yaysaq, hər adama 170 dollar düşər.
Piyada/heyvan aşkar edən sistem: "Volvo" bu il yeni inkişaf etmiş aşkarlama sistemini öz avtomobillərində tətbiq edib. Bu sistem sensorlardan istifadə edərək sürücüləri avtomobilin qarşısından keçən marallar, təhlükəli piyada/velosiped situasiyaları və s. ilə bağlı xəbərdarlıq edir. Bu, xüsusilə ABŞ-ın kənd rayonları üçün çox faydalı ola bilər, harda ki Dövlət Təsərrüfatı sığortasının məlumatına əsasən hər 40 nəfərdən biri avtomobil sürərkən marallarla toqquşur.
Cərgədən ayrılma xəbərdarlığı sistemi: "Nissan" bu texnologiyanı 2001-ci ildən tətbiq edir, buügün isə "Toyota", "Honda", "Audi" və başqa avtomobil istehsalçıları da bundan istifadə edir. Avtomobil öz cərgəsindən çıxmağa başladıqda video, lazer və ya infraqırmızı sensor sürücülərə xəbərdarlıq edir. Bəzi hallarda isə sistem özü avtomobilin istiqamətini dəyişərək onu xəttə qaytarır (sükanı düzəltmə, əyləc).
Sürücü yorğunluğu/yayınma xəbərdarlığı: "Volvo" özünün ilk Sürücü Mürgüləməsini Təyin etmə sistemini 2007-ci ildə tətbiq edib və bundan sonra "Ford", "Mercedes-Benz", "Toyota" və s kimi istehsalçılar da bundan yararlanmağa başladılar. Bu sistem sadəcə avtomobilin hərəkətini izləyir və uyğunsuzluqları mətn, səsli xəbərdarlıq və titrətmə yolu ilə bildirir, bəziləri isə hətta korrektiv tədbirlər də görür.
Sığorta sənayesinin sükanı arxasında
Şübhə yoxdur ki, biz sürücüsüz gələcəyə doğru sürətlə irəliləyirik və hətta bu yolda gedilən kiçik bir yol belə sığorta haqlarının azaldılmasına güclü təsir edə bilər. Bəzi ekspertlər deyirlər ki, sürücü təhlükəsizliyi bağlı texnologiyaların (məsələn, yuxarıda sadalanan kimi) hətta 20%-nin tətbiq olunması qəza hadisələrinin kifayət qədər azalmasına səbəb olacaqdır ki, bu da özlüyündə sığorta haqlarının da azalmasına gətirib çıxaracaq. Misal üçün “Celent” bildirir ki, sığorta haqları 2017-ci ilə qədər 9%, 2022-ci ilə qədər isə 26% azala bilər.
Bəs əgər yollardakı bütü risklər aradan qaldırılsa, avtomobil sığortası sənayesi tamamilə sıradan çıxacaqmı? Qısa cavab budur: Xeyr.
"Allstate" şirkətinin keçmiş rəhbəri Fred Cripe bildirir ki, özünüidarəetmə texnologiyalarının yollarda tətbiqi onun tərəfdarlarının düşündüyündən daha xaotik və qarışıq olacaq, çünki insanların yeni texnologiyaya öyrəşmələri uzun zaman alacaq: “Növbəti 15-20 ildə satılan hər özünüidarəetmə xüsusiyyəti olan avtomobil həm də sürücü tərəfindən sürüləbilmə xüsusiyyətini özündə daşımalı olacaq. ... İlk onillikdə və ya daha uzun müddətdə qəzaların sayı azalmayacaq, əksinə, daha da artacaq” deyə o, öz bloqunda yazır.
Digər sığorta mütəxəssisi Guy Fraker və başqaları isə bildirirlər ki, risklərin və sığorta hadisələrinin sayında uzun müddətli azalma olsa da, kameralar, radar cihazları və digər inkişaf etmiş texnologiyalar ilə təchiz olunmuş iki yüksək sürətli avtonom avtomobilin toqquşması daha ciddi və xərci daha yüksək olacaq.
Əsas məsələ: Bu texnologiyanın necə işləyəcəyini əvvəlcədən dəqiq şəkildə demək mümkün deyil. Amma "Nissan" və "Google"un əlavə texnologiyaların növbəti iki ildə tətbiq olunacağını açıqlaması onu göstərir ki, avtomobil sığortası yaxın gələcəkdə dəyişikliklərə məruz qalacaq.