BANK

01 Yanvar
101

Beynəlxalq Bank xüsusi iş rejiminə keçir

“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) filial və şöbələri mayın 1-dən iyulun 1-nə qədər xüsusi iş rejimində çalışacaq. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, Abşeron, Binəqədi, Mərkəzi, Nərimanov filialları saat 9:00-dan 16:30-a qədər, Nəqliyyat, Nəsimi, Xətai, Qaradağ, Yasamal filialları 9:30-dan 17:00-a qədər, Səbail, Sabunçu, Sənaye, Suraxanı, Nizami filialları 10:00-dan 17:30-a qədər, Səbail filialı şənbə günündə 10:30-dan 15:00-a qədər müştərilərə xidmət edəcək.
Bundan başqa, bankın Xırdalan şöbəsi saat 9:00-dan 16:30-a qədər, Landmark şöbəsi, 4 Saylı Sığorta Şöbəsi, 5 Saylı Mətbuat Şöbəsi 9:30-dan 17:00-a qədər, 7 Saylı Azəriqaz Şöbəsi, 8 Saylı Bakıxanov Şöbəsi, 9 Saylı Mərdəkan Şöbəsi, 10 Saylı Hava Limanı Şöbəsi, 6 Saylı Pirallahı Şöbəsi 10:00-dan 17:30-a qədər işləyəcək.