Bank

05 May
3

“Bank BTB” onlayn ödənişə keçdi

“Bank BTB” rəsmi internet səhifəsində (www.btb.az) onlayn ödəniş bölməsini istifadəyə verib. Bu barədə fins.az banka istinadən xəbər verir. Yeni xidmətin sayəsində banka getmədən, 24 saat real vaxt rejimində bank əməliyyatlarını həyata keçirmək mümkündür. Söhbət “Kredit ödənişləri”, “Əmanət vəsaitlərinin artırılması”, “Plastik Kart balansına vəsaitlərin mədaxili” əməliyyatlarından gedir.