15 Noyabr

“Amazon Go”-ya rəqiblər gəlir

“Amazon Go”-nun kassa və kassirsiz mağazaları yenilikçi bir qərar olsa da tezliklə bu bazarda da yeni oyunçular görünəcək.

Qeyd edək ki, mağazalardan alınan malların ödənişi tətbiq vasitəsilə həyata keçirilir.

“Grabango” və “AiFi” startapları da artıq kassasız mağazaların yaradılması istiqamətində öz təkliflərini irəli sürüblər.

“Grabango” startapı Pittsburqda ilk “Giant Eagle” ərzaq supermarketini sınaqdan keçirir. “Amazon Go”-dan fərqli olaraq bu startapın mağazasında çoxlu kameralar var və onlar mağazada hər bir məhsulun yerləşməsinə,onların nə zaman piştaxtadan götürülməsinə nəzarət edirlər. Kameralar və datçiklər piştaxtalarda, tərəzilərdə, tavan örtüyünün daxilində və s. məkanlarda yerləşdiriliblər.

Üzləri tanıma texnologiyası ilə tanınan “AiFi” startapı da boyuna, saç düzümünə, geyimlərinin rənginə və digər fiziki özəlliklərinə görə alıcıların mağaza daxilində harada yerləşməsinə nəzarət edir. Kameralar və datçiklərin köməyi ilə isə hər alıcının nə alacağını dəqiq təyin edə bilir. Ödəniş Apple Pay və ya Google Pay vasitəsilə həyata keçirilir.