BANK

01 Yanvar
2

Azərbaycanda problemli kreditlər yenə artıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 973,2 milyon manat olub. Fins.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% və yaxud 178,2 milyon manat çoxdur.

Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,4%-dən 5,5%-ə qalxıb.

İlin əvvəli ilə müqayisədə isə problemli kreditlər 22,8% və yaxud 180,4 milyon manat artıb. 2013-cü ilin yekunlarına görə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,1% olub.
Xatırladaq ki, bir qədər əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanda problemli kreditlər daha çox istehlak kreditlərinin hesabına artır.