Bank

01 January
2

İstehlak kreditləri cəmi 23%-dir

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “AFB Bank”ın aktivləri 312 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 35,8% çoxdur. Bankın öhdəlikləri 36% artaraq 244,8 milyon olsa da, depozitləri 6,6% azalaraq 74,35 milyon manat olub. “AFB Bank”ın məcmu kapitalı isə 35,1% artaraq 67,2 milyon manata çatıb.

Kredit portfeli 26% böyüyüb

3-cü rübün yükunlarına görə, “AFB Bank”ın kredit portfeli 216,6 milyon manat olub ki, bu da ilin əvvəlinə nisbətən 26% çoxdur. Bankın problemli kreditləri isə 7,4 milyon manat və yaxud ümumi portfelin 3,4%-i qədər olub. Bu ölkə üzrə vaxtı keçmiş kredit nisbətindən (5,5%) aşağıdır.

Bankın ayırdığı kreditlərin təxminən 23%-ni və yaxud 49,5 milyon manatını fiziki şəxslərə verilmiş istehlak kreditləri təşkil edib. Özəl sektora isə 167 milyon manat kredit verilib ki, bunun da 70,35 milyon manatı (32,5% pay) ticarət və xidmət sektoruna, 7,7 milyon manatı (3,6% pay) kənd təsərrüfatı və emal sektoruna, 3,4 milyon manat (1,6% pay) inşaat və əmlak sektoruna ayrılıb.

Regionlarda ən çox kredit Qəbələyə verilib

Kreditlərin 170,3 milyon manatı və ya 78,6%-i Bakı şəhərinin payına düşür. “AFB Bank”ın ən çox kredit ayırdığı ikinci region yenə də Qəbələdir. Bankın kredit portfelinin 26,1 milyon manatı və ya 12,1%-i bu rayonun payına düşür. Bundan başqa, bankın ən çox kredit ayırdığı bölgələr Sumqayıt şəhəri (4,2 milyon manat), Naxçıvan MR (3 milyon manat), Abşeron (2,1 milyon manat) və Şəmkir (0,9 milyon manat) rayonları, eləcə də Gəncə şəhəridir (1,1 milyon manat).

1,3 milyon manat xalis mənfəəti olub

9 ay ərzində “AFB Bank”ın faiz gəlirləri 3,4 dəfə azalaraq 4,46 milyon manat, faiz xərcləri 2,5 dəfə azalaraq 1,24 milyon manat, qeyri-faiz gəlirləri 2,2 dəfə azalaraq 1,1 milyon manat, qeyri-faiz xərcləri isə 6,7 dəfə artaraq 2,27 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 2,05 milyon manat olub ki, bunun da 764 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Son nəticədə bank 1,3 milyon manata yaxın xalis mənfəət əldə edib.

adviad