Bank

01 January
3

"Unibank" sahibkarlar üçün filial açıb

“Unibank” kiçik və orta bizneslə məşğul olanlar üçün yeni xidmətə başlayıb. İlk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün bankın ixtisaslaşdırılmış filialı işə düşüb. Bankdan fins.az-a verilən məlumata görə, Qara Qarayev metrostansiyasına yaxın, A.Manafov küçəsi yerləşən “Qara Qarayev” biznes-filialı yalnız kiçik və orta bizneslə məşğul olan müştərilərə xidmət edəcək.
“Unibank”ın korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev bildirib ki, Unibank universal bankçılığa üstünlük verəcək. Bu, bankın səhmdarları tərəfindən təsdiqlənmiş strategiyada nəzərdə tutulub. Həmin məqsədlərə nail olmaq üçün əvvəla, kiçik və orta bizneslə sahibkarlar üçün istisaslaşdırılmış filialların sayı artacaq. İkincisi, biznes sahəsi riteyl-biznesindən ayrılaraq ayrıca sahə kimi fəaliyyət göstərəcək. Bankın bununla bağlı şüarı “Biznesinizə daimi dəstək” adlanır.
İ.Okayev bildirib ki, Unibank sahibkarlara imkan yaradacaq ki, onlar banka gəlmədən öz hesablarını idarə edə bilsinlər, bunun üçün internet-bankinq sistemi daha da təkmilləşdiriləcək. NƏhayət bankın digər əsas məqsədi regionlarda güclənməkdir: "Regionların dinamik inkişafını və yerli biznesin gücləndirilməsini nəzərə alaraq, bu seqment üçün bank məhsulları və xidmətlərinin təqdim edilməsində böyük ehtiyac var".

adviad