26 Noyabr

Azərbaycan gömrük orqanları ilə bu ölkələr arasında əməkdaşlıq üçün blokçein texnologiyasından istifadə olunur

Ümumdünya Gömrük Təşkilatı və GUAM üzv ölkələri gömrük orqanları ilə Azərbaycan gömrük orqanlarının arasında məlumat mübadiləsinin aparılması üçün blockchain texnologiyasının tətbiqi ilə bağlı əməkdaşlıq davam etdirilir.

Fins.az-ın məlumatına görə bunu "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda təşkil olunan mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, proqram təminatınin birinci hissəsinin yaradılması ilə bağlı işlərin birinci hissəsi artıq tamamlanıb və Gürcüstan və Ukraynadan elektron məlumatlar blockchain üzərindən DGK-nin sisteminə daxil olur.

"Həm ixrac həm idxal əməliyyatları anında risk idarəetmə mərkəzinə daxil olur və o məlumatları biz daha öncədən idxal əməliyyatları həyata keçirilmədən məlumatlar bizim bazamızda olduğuna görə hər hansı bir malların saxtalaşdırılması və ya saxta faktura ilə təqdim olunmasinin qarşısını alan sistem qurulub. Artıq növbəti etapda malların idxalı zamanı sənədlərin də elektronlaşdırılması ilə bağlı işlər görülür",- deyə S. Mehdiyev qeyd edib.Söhbətin sonuMesaj yaz...