21 Noyabr

İcbari Tibbi sığortanın könüllü tibbi sığortaya təsiri mütləq olacaq - EKSPERT

“Növbəti ildən tətbiq ediləcək İcbari Tibbi sığortanın könüllü tibbi sığortaya təsiri mütləq olacaq” bunu Fins.az-a sığorta eksperti İlkin İbrahimov deyib.

“A Group”la bağlı məsələ 9 ayın yekununa görə 6 milyon manatdan çox sığorta haqqı yığmış və ödənişləri də bir o qədər oub. Maraqlıdır ki, son aylarda qeyri həyat sığortasında artımlar könüllü tibbi sığortanın payına düşüb və bu yığımın da böyük əksəriyyətini bu şirkət yığıb. Tibbi sığorta da kifayət qədər riskli olduğundan sığorta yığımı ilə ödənişi eyni məbləğ olduğundan hesab edirəm ki, bu şirkət bazarda özünə müsbət imic yaratmağa çalışır. Lakin növbəti ildən tətbiq ediləcək İcbari Tibbi sığortanın könüllü tibbi sığortaya təsiri mütləq olacaq”.