ANALİTİKA

30 Sentyabr
103

Sığortalı şəbəkə - “FACEBOOK”DA KİM GÜCLÜDÜR?

“Facebook” sosial şəbəkəsi artıq bütün dünyada ünsiyyət imkanına çevrilməklə yanaşı, həm də şirkətlərin və iş adamlarının öz məhsullarını təqdim etməsi üçün meydançaya çevrilib. Daima sığortaya marağın zəif olmasından şikayətlənən Azərbaycanın sığorta şirkətləri müştərilərini sosial şəbəkələrdə də tapa bilərlər. Bəs sığortaçılar 1,5 milyarda yaxın istifadəçisi olan “Facebook” sosial şəbəkəsinin imkanlarından necə faydalanır? Bu dəfə Fins.az sığortaçıların “Facebook”da nə dərəcədə aktiv olduğunu araşdırıb.

Sığorta şirkətlərinin gücü və imkanları “Facebook” şəbəkəsindəki fəaliyyəti ilə ölçülsəydi reallıqdan bir qədər fərqli mənzərə alınardı. Bəzi şirkətlər şəbəkənin gücündən ümumiyətlə istifadə etmirlər, digərləri isə "Facebook"da çox fəaldırlar.

Araşdırma nəticəsində məlum olub ki, ölkədəki 26 sığorta şirkətindən 24-nün “Facebook”da səhifəsi var. Ən çox izləyicisi olan şirkət “Buta Sığorta”dır. Onun izləyicilərinin sayı 70 minə yaxındır. Şirkət son 2 ili ziyana işləsə də, sosial şəbəkədə aktivdir. Sonrakı yerləri tutan şirkətlərin izləyiciləri «Buta»dan xeyli azdır.

Belə ki, “Facebook”da populyarlığına görə, növbəti yerlərdə “Atasığorta” (26 650 “Like”), eyni səhifəyə malik “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” (25 818 “Like”), “Azsığorta” (24 520 “Like”) şirkətləri qərarlaşıb.

4 şirkətin “Like” sayı 10-20 min arasında, 8 şirkətin “Like” sayı isə 1 000-10 000 arasında, 6 şirkətin “Like” sayı isə 1000-dən də azdır.

Sığorta şirkətlərindən 2-nin – “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant”ın isə ümumiyyətlə “Facebook”da səhifəsi yoxdur.

Sığorta şirkətlərindən fərqli olaraq sığorta agentləri şəbəkədə çox fəaldırlar. Hazırda “Facebook”da Azərbaycanda fəaliyyət göstərən onlarla sığorta agentlərinin səhifələri var. Onlar şəbəkədə çox fəaldırlar – sığorta barədə məlumatları və kampaniyaları bölüşür, bu barədə sualları cavablandırır və diskussiyalarda iştirak edirlər.

Şəbəkədəki fəallıqlarından belə məlum olur ki, sığorta şirkətlərinin bir çoxu ya şəbəkənin imkanlarını düzgün qiymətləndirmir, ya da bu auditoriya onlar üçün maraqlı deyil. Hərçənd qeyd etmək lazımdır ki, son məlumatlara görə, Azərbaycanda “Facebook” istifadəçilərini sayı 1,4 milyon nəfəri keçib. Şəbəkə insanların həyatında getdikcə böyük roly oynayır. Və müştəri qıtlığından şikayətlənən sığorta şirkətləri bu potensialdan faydalanmalıdırlar.

Sığorta şirkətinin adı

“Facebook” səhifəsindəki “Like” sayı

1

“Buta Sığorta” ASC

68 580

2

“AtaSığorta” ASC

26 650

3

“Atəşgah Sığorta” ASC

25 818

4

“Atəşgah Həyat” ASC

25 818

5

“AzSığorta” ASC

24 520

6

“Paşa Sığorta” ASC

20 599

7

“Bakı Sığorta” ASC

19 842

8

“A-Qroup” ASC

19 308

9

“Paşa Həyat” ASC

10 891

10

“Başak İnam” ASC

10 966

11

“Standard Insurance” ASC

7 624

12

“Qala Həyat” ASC

7 311

13

“Alfa Sığorta” ASC

5 923

14

“Amrah Sığorta” ASC

3 480

15

“Qarant Sığorta” ASC

2 808

16

“Çartis Azərbaycan” ASC

2 014

17

“Mega Sığorta” ASC

1 625

18

“AXA MBASK” ASC

1 319

19

“Rəvan Sığorta” ASC

986

20

“Xalq Sığorta” ASC

206

21

“Azərsığorta” DSKŞ

153

22

“Günay Sığorta” ASC

92

23

“İpək Yolu Sığorta” ASC

51

24

“Azərbaycan Sənaye Sığorta” ASC

25

25

“Beynəlxalq Sığorta Şirkəti” ASC

-

26

“Azərqarant” ASC

-