08 Noyabr

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqladı

İngiltərə Mərkəzi Bankı (BoE) növbəti faiz qərarını açıqladı.

Fins.az xəbər verir ki, BoE dəyişikliyinə getməyərək faizi 0.750 səviyyəsində sabit saxlayıb.

Bankın İdarə heyətinin 2 üzvü sürpriz bir şəkildə 25 bənd faiz endirimiinə səs verib.

Michael Saunders və Jonathan Haskel, risklərə və əmək bazarındakı pisləşmə siqnalına işarə edərək 2016-cı ildən bu yana ilk dəfə faizdə endiriminə gedilməsini istəyiblər.

Aralarında BoE sədri Mark Carney-in də olduğu əksəriyyət səsini faizlərin 0.75% səviyyəsində qalması istiqamətində istifadə ediblər; ancaq pisləşmənin artması vəziyyətində faiz endirimi ola biləcəyinin siqnalını veriblər.

Yığıncağın qərar mətnində, "Qlobal artım sabitlik tapmağı bacara bilməzsə ya da Brexit qeyri-müəyyənliyi davam etsə, pul siyasətinin iqtisadiyyatı dəstəkləməsi lazım gələ bilər" ifadəsi yer alıb.

© Marja