22 Noyabr

Aktivləri 1 mld manatdan çox olan Azərbaycan bankları

Bu il oktyabrın 1-nə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (9 milyard 321 milyon 336 min manat), "PAŞA Bank" (4 milyard 383 milyon 325 min manat), "Kapital Bank" (4 milyard 7 milyon 548 min manat), "Xalq Bank" (2 milyard 177 milyon 368 min manat) və "Bank Respublika"dır (1 milyard 356 milyon 235 min manat).

Qalan 25 bankdan 9-da aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 14 bankda 100-500 milyon manat arasında, 2 bankda - İran və Pakistan Milli Banklarının Bakı filiallarında isə 100 milyon manatdan azdır/

"Renkinq"