BANK

22 Noyabr
244

Palata: "Sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib"

Sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib

Fins.az xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilmiş, böyük ehtimalla Maliyyə Bazarlarına Nəzarət Palatasınının sifarişi ilə hazırlanmış "Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?" başlıqlı məqalədə bildirilir.

Məqalədə bildilir ki, "Milli valyuta üzrə biznes kreditlərinin verilmə faizi 13 faizdir. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin alternativ yollarla maliyyələşdirilməsi baxımından ölkə başçısının müvafiq fərmanı ilə 2017-ci ilin dekabrında İpoteka və Kredit Zəmanət Fondu yaradılıb."

Daha sonra qeyd olunur ki, "Cari ilin 9 ayı ərzində fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib. Bu kreditlərin orta müddəti 28 ay və orta faiz dərəcəsi 16,3 faiz təşkil edib."