BANK

01 Yanvar
2

Bank lisenziyaları və icazələrinin ləğvi asanlaşdırıldı

Azərbaycanda “Banklar haqqında” qanun dəyişdirilib. Fins.az-ın məlumatına görə, prezident İlham Əliyev qanuna əlavə və dəyişikliklərlə bağlı Milli Məclisin qəbul etdiyi sənədin tətbiqi barədə sərəncam imzalayıb. Beləliklə, yenilənmiş qanunda banklara qarşı tələblər xeyli sərtləşdirilib.

Məsələn, bankların rəhbər işçiləri Mərkəzi Bankda attestasiyadan keçdikdən dərhal sonra vəzifələrinin icrasına başlamalıdırlar. Bundan başqa banklara verilmiş lisenziya və icazələrin ləğvi üçün cəmi bir səbəbin olması kifayətdir. Halbuki indiyə qədər bunun üçün bir və ya bir neçə əsas olmalı idi.