03 Dekabr

İnternet istifadəçilərinin 5%-i Yeni ildə hədiyyə etməyi planlaşdırmır – Rusiyada

Yeni il çoxdan gözlənilən bayramlardan biridir. Bir çox insan Yeni ilin gəlişinə güclü hazırlaşır, digərləri isə sadəcə 1 gün qalmış hazırlıq işləri görür.

Fins.az xəbər verir ki, Mail.ru Group və ResearchMe birlikdə Yeni ilin gəlişi qabağı araşdırma aparıblar.

Araşdırma nəticəsində istifadəçilərin Runet-də nə vaxt bayram hədiyyəsi aldığı, onların sosial şəbəkədəki davranışlarının necə dəyişməsi, ilin əsas bayramı ərəfəsində hansı mal kateqoriyasında reklamverənlərin investisiyalarının artımı müəyyən edilib.

Runet istifadəçilərinin çoxu Yeni ildə hədiyyə verir, amma 5% istifadəçi isə belə bir ideyadan imtina edir. Sorğuda iştirak edən və belə özül gündə hədiyyə almayanlar isə region baxımından ən çox ölkənin Uzaq Şərqinə (9%) və Şimali Qafqaza (10%) düşüb. Bu gündə hədiyyə etməyi düşünənlərin 38%-i artıq hədiyyənin ideyasını planlaşdırıblar, amma respondentlərin 57%-i isə bunun barəsində hələ ki məşğul olmayıblar.

Yeni ildə Kimə və necə hədiyyə edirlər?

İstifadəçilərin 59%-i valideynlərinə, 44%-i dostlarına, 39%-i isə uşaqlarına hədiyyə etməyi planlaşdırır. Evli insanların 69%-i bir-birilərini bu gündə hədiyyə ilə təbrik edəcəklər, amma münasibətdə olanların sadəcə 1/3-i isə öz sevgililərini təbrik etməyi düşünür. Maraqlıdır ki, boşanan hər 10 istifadəçidən 1-i isə öz keçmiş həyat yoldaşına hədiyyə etməyi planlaşdırır. Əlbəttə ki, Yeni il hədiyyəsi təkcə yaxınlara edilmir. Məsələn, respondentlərin 19%-i deyib ki, onlar yaxın tanışlarını hədiyyə ilə təbrik etməyi düşünür. Belə ki, onlar Yeni il günü görüşməyi nəzərdə tutublar. Respondetlərin 13%-i isə yalnız kolleqalarına hədiyyə etməyi planlaşdırır. Sorğu iştirakçılarının digər bir qismi (27%-i) isə hədiyyə olaraq zərgərlik məmulatları, 27%-i aksessuarlar, 23%-i kosmetika və parfümeriya verəcəklər. Evli cütlüklərin hədiyyə sırasına kosmetika və parfümeriya (25%), zərgərlik məmulatları (24%), üçüncü yerə isə elektronika və qadjet (20%) daxildir.

Valideynlərə suvenir (29%), kosmetika və parfümeriya (27%), məişət texnikasını (22%) hədiyyə etməyi düşünürlər. Uşaqlar üçün isə populyar hədiyyələr arasında təkcə uşaq geyimləri daxil deyil. Bura elektronika və qajetlər də daxildir. Suvenir isə digər qohumlar üçün əla qərardır (45%), dostlar (45%) və kollegiya (61%).

Hədiyyə aldığınızda ona nə qədər pul xərcləməyi planlaşdırırsınız?

Hər onuncu respondent artıq Yeni il hədiyyəsini alıb, o qədəri isə “Qara Cümə” günü almağı planlaşdırır. Demək olar ki, respondetlərin ¼-i, 28%-i gec olmadan, bayrama 1 ay qalmış seçəcəklər. 26%-i isə hədiyyənin seçilməsinə 2 həftə, 16%-i isə cəmi 1 həftə vaxt ayıracaq.

İstifadəçilərin 1/3-i Yeni il günü 2000-dən 5000 rubl arasında pul xərcləməyi düşünür. 1/5-i isə 2000 rubla qədər, qalanları isə 5000-dən 10 000 rubla qədər hədiyyə üçün pul ayıracaq.

©Facemark.az