19 Noyabr

“LUKOYL-Azərbaycan” -na yeni baş direktor təyin edilib

Zaur Cəlilov "LUKOYL-Azərbaycan" QSC-nin baş direktoru təyin olunub.

O, bu vəzifədə Aydar Abdullini əvəz edib. A.Abdullin isə "LUKOYL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyin olunub.

Z.Cəlilov bundan əvvəl “LUKOIL Italia S.r.l.”də (Roma) kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.

"LUKOIL" PSC Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət “Şahdıniz” qaz-kondensat yatağının işlənməsində iştirak edir.

“LUKOYL”, həmçinin 1995-ci ildən Azərbaycanda dünya standartlarına cavab verən yanacaqdoldurma məntəqəsi komplekslərinin şəxsi satış şəbəkəsini inkişaf etdirir. Bundan başqa, şirkət ildə 120 min ton neft məhsulunun boşaldılıb yüklənməsini təmin edən neft bazasına malikdir