08 Noyabr

İcbari Sığorta Bürosu işçi axtarır - VAKANSİYA

İcbari Sığorta Bürosu (İSB) Layihələrin idarə edilməsi üzrə böyük mütəxəssis vəzifəsinə işçi axtarır. Ali təhsilli və Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə (yazılı və şifahi) bilən şəxslər və sığorta sahəsində 5 illik iş təcrübəsi olanlara üstünlük verilir.Namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi 30 noyabrdır.

Namizədə dair tələblər:

- Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
- Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı;
- Aydın səlis nitq olmalı;

İşin təsviri:

- Şöbəyə xarici dillərdə daxil olmuş bütün lazımi məlumatları azərbaycan dilinə tərcümə etmək;
- Layihələr ilə bağlı xaricə göndərilən sənədlərin tərcüməsini təmin etmək;
- Digər ölkələrin icbari sığorta qanunvericiliyini və icbari sığorta sahəsində beynəlxalq təcrübəni öyrənib təhlil etmək;
- İcbari sığorta sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək;
- Büronun beynəlxalq təşkilatlar ilə birgə layihələrinin həyata keçirilməsində iştirak etmək;
- Əməkhaqqı 1600 AZN (gross) təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.11.2018-cı il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Telefon: 012 595 00 20 (135)