19 Noyabr

Nazirlik: Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək

"Azərbaycanda illik kartof istehsalının həcmi 900 min tondur. Bu rəqəm getdikcə artır və idxalın əvəzlənməsi prosesi gedir".

Bunu Fins.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

"Hazırda Azərbaycan Rusiyadan ildə 90-100 min ton köhnə kartof idxal edir. Tədricən bu proses dayanacaq və köhnə kartofun ixrac potensialı yaranacaq", - o qeyd edib.

© Report