05 Dekabr

Pambıq qəbulu məntəqələrinə bu günədək təhvil verilən PAMBIĞIN MİQDARI

Dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 119 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz çoxdur. Keçən il dekabrın 4-dək 221 min 284 ton pambıq tədarük olunmuşdu.

Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 4-nə olan operativ məlumatı təqdim edir.