12 Dekabr

Bu rayonda tərəvəz sahələrindən 14 min tondan çox məhsul yığılıb

Neftçalada tərəvəz yığımı başa çatıb. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.

Rayon statistika idarəsinin rəisi Şahin Mənafov bildirib ki, bu mövsüm neftçalalı əkinçilər 138,3 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Artıq məhsul istehsalçıları yığımı başa çatdırıblar. Əkinçilər sahələrdən 1484,8 ton tərəvəz tədarük ediblər. Yığılmış məhsulun 406,9 tonunu xiyar, 378,2 tonunu pomidor, 106 tonunu sarımsaq, 319,8 tonunu badımcan, 155,9 tonunu bibər, 12,6 tonunu soğan, 24,4 tonunu isə digər tərəvəzlər təşkil edib.

Məhsul istehsalçıları, həmçinin 114 hektar kartof sahəsindən 1354,3 ton kartof, 221,7 hektar bostan sahəsindən isə 8015,1 ton qarpız-yemiş də yığıblar.

© Azərtac