05 Dekabr

Vergilər Nazirliyi “Kia”, “Hyundai”, “Chevrolet” avtomobilləri alır – 359 min manatlıq müqavilə

Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 şirkətlə bir yerdə 359 min 300 manatlıq müqavilə imzalayıb.

Fins.az xəbər verir ki, 1-ci müqavilə “Performance Center CO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Chevrolet” markalı “Cruze” modelli minik avtomobilin satın alınması nəzərdə tutulub. Bu müqavilənin məbləği 31 min manatdır.

Kredit Müraciəti

2-ci müqavilədə “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Kia” markalı “Optima”, “Rio” və “Rio X-Line” modelli minik avtomobillərinin satın alınması nəzərdə tutulub. Müqavilənin məbləği 244 min 900 manatdır.

3-cü müqavilədə “Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Hyundai” markalı “Accent” və “Elantra” modelli minik avtomobillərinin satın alınması ilə bağlıdır. Müqavilənin məbləği 83 min 400 manatdır.

© Banker.az