22 Noyabr

Bank sektoruna "mənfi" qiymət verildi

Beynəlxalq kredit reytinqi təşkilatı "Moody's", Almaniyanın bankçılıq sisteminin reytinq proqnozunu, aşağı faiz mühitinin bankların mənfəətlərini və ümumi etibarlarını zəiflədəcəyi gözləntisi ilə "sabit"dən "mənfi"yə endirdiyini açıqlayıb.

Fins.az xəbər verir ki, gələcək dövrdə bankların zəif mənfəətlərinin faiz gəlirlərinin düşməsilə daha da geriləyəcəyi və aşağı faiz mühitində xərcləri qarşılamaq üçün bankların çətin vəziyyətdə qalacağı qeyd edilib.

Almaniyada iqtisadi artımın yavaşlayan qlobal ticarətin təsiri ilə 2019-da 0,6% və 2020-də 1% səviyyəsində reallaşmasının gözlənildiyi qeyd edilib.

Açıqlamada, zəif qalan qlobal ticarətin, Almaniyanın ana sənayeləri olan avtomobil, kimya və emalat üçün mənfi vəziyyətə səbəb olduğu vurğulanıb.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının mənfi və aşağı faizlərinə görə Avropa banklarının gəlirləri pisləşib. Uzun müddətdir həddindən artıq aşağı faiz nisbətləri əmanət sahiblərinin gəlirlərini də kəskin azaldıb.