05 Dekabr

Dollar ucuzlaşır

Dolların qiymətlərində müşahidə edilən bahalaşma zəif qiymətləndirilir və ucuzlaşma proqnozları üstünlük təşkil edir. Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ABŞ-Çin arasında ticarət sazişinin imzalana biləcəyi ilə bağlı ümidlərin artması fonunda bahalaşıb. Lakin qiymətlər yenə də günün maksimumunun altında ticarət edilməkdədir və bu, ucuzlaşmanın davam edə biləcəyinə işarədir.

Əlvan metallar bazarlarında da qızıla olan tələb artmaqdadır və qızılın bir unsiya üzrə qiyməti 1490$-a kimi də dəyər qazana bilər.