Bank

01 January
3

“AtaBank” “Manata dəyər verək” deyir

“AtaBank” ASC fevralın 27-dən etibarən manat əmanətləri üzrə faiz dərəcələrini artırıb. Bankdan fins.az-a verilən məlumata görə, artıq müştərilər bir il müddətinə illik 12%, 5 il müddətinə isə illik 16% dərəcə ilə əmanət yerləşdirə bilərlər. Hər ay əmanət hesablarını artırmaq istəyərək yığım edən müştərilər üçün də Bank tərəfindən xoş xəbər var. Belə ki, “Yığım” əmanəti üzrə faiz dərəcələri 1% daha artırıldı. «Ümumilikdə “AtaBank” ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını “Manata dəyər verək” şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək»-deyə məlumatda bildirilir.

Ölkənin aparıcı banklarından biri olan “AtaBank” ASC-nin 2014-cü ilin sonuna aktivləri il ərzində 54,8% artaraq 580,3 mln manat təşkil edib. Həm pərakəndə, həm də biznes bankçılıq istiqamətlərində uğurlu olan “AtaBank” ASC-nin ötən ilin sonuna əmanət portfeli 511,0 mln manat təşkil edib. Bunlardan da 166,0 mln manatı fiziki şəxslərin müddətli depozitləri olub.

adviad