Bank

25 August
1

Dollar satışında ajiotaj yoxdur – MÜŞAHİDƏ

Azərbaycan Mərkəzi Bankı tərəfindən dolların məzənnəsinni elan edilməsindən sonra Bakıda valyutanın satışına başlanıb. Fins.az əməkdaşlarının apardığı müşahidələrə görə, valyuta satışı ilə bağlı ajiotaj, demək olar ki, yoxdur.

“Exchange”lərin əksəriyyəti işləyir

Valyutadəyişmə məntəqələrinin əksəriyyəti işə başlayıb. Saat 9-da məntəqələrdə çalışanlar bildirirdilər ki, AMB-nin rəsmi məzənnələri elan edilən kimi işə başlayacaqlar. Məzənnələr elan edildikdən sonra dollar satışına başlanıb. Artıq saat 10-30-da şəhərin mərkəzindəki məntəqələrdən yalnız bir neçəsində satışlar yox idi. Qalan məntəqələrdə adi qaydada satışlar həyata keçirilir.

Məzənnələr hələlik çərçivə daxilindədir

Hazırda dollar 1,05 manat-1,055 manat arasında dəyişir. Yəni ABŞ valyutaçının məzənnəsində ötən həftənin sonundakı kimi ciddi kənaraçıxmalar yoxdur. Xatırladaq ki, 5-ci gün bəzi məntəqələr qiymətləri artırdıqlarına görə, AMB bununla bağlı xüsusi xəbərdarlıq aymışdı. Görünür, bu xəbərdarlıq, eləcə də, banklarla aparılan «tərbiyəvi söhbətlər» təsirini göstərib. Və nəticədə indii əksər məntəqələrdə dolların satış qiyməti 1,055 manatlan artıq deyil. Yalnız bəzi yerlərdə dollar bundan baha məzənnə ilə satılır. Məsələn, «Yunayted Kredit Bank»ın Azadlıq filialında dolların satış məzənnəsi 1,067 manat idi.

Valyuta növbələri yoxdur

Gözlənildiyinin əksinə olaraq bu gün dollar satışında ajiotaj yoxdur. Valyutadəyişmə məntəqələrinin qarşısında 4-5 nəfər alıcı toplanıb. Bəzilərində isə ümumiyətlə alıcı yoxdur. Amma bəzi məntəqədərdə kiçik (10-12 nəfərlik) növbələr vardı. Amma ötən həftənin sonundakı kimi təşviş və ajiotaj müşahidə edilmir.

Yalnız dollar alınır

Amma təşviş müşahidə olunmsa da, əhali əllərindəki pulu dollara çevirməkdədir. Valyutadəyişmə məntəqələrindəki müşahidələrimiz göstərdi ki, bura gələnlərin demək olar ki, hamısı əllərindəki manatı dollara çevirmək istəyir. Alıcıların əksəriyyəti 1-3 min dollar arasında vəsait üçün yaxınlaşır. Bəzilərində isə daha böyük məbləğlər olur. Avro, rus rublu və manat alan isə hələlik yoxdur.

Ötən həftə satışlar 3 dəfə artmışdı

Valytadəyişmə məntəqələrində iş çox olmadığından işçilər ötən həftənin sonunda baş verənlər barədə məlumat verməyə vaxt tapırdılar. Məntəqədə işləyənlərin sözlərinə görə, həftə sonu satışlar dəfələrlə artıb. «Gün ərzində həmişə 120-150 min dollar satdığımız halda, avqustun 21-22-də gündə 500 min dollarsatmışıq»-deyə işçilərdən biri bildirib.

adsgarden