Bank

28 August
1

"Ziraat Bank Azərbaycan"ın rəhbərliyi açıqlandı

“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bankın Müşahidə Şurasının sədri vəzifəsinə "Ziraat Bankası A.Ş."-nin Müşahidə Şurasının üzvü, baş direktor Hüseyin Aydın gətirilib.

"Ziraat Bankası A.Ş."-nin Müşahidə Şurasının sədri Muharrem Karslı və Müşahidə Şurasının üzvü Yusuf Dağcan isə "Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasına üzv seçiliblər.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə Avni Demirci rəhbərlik edir. Onun müavini vəzifəsinə Alptekin Sarıgöl təyin olunub. Vüqar Rəfiyev isə Bankın İdarə Heyətinin üzvüdür.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan”a bank lisenziyası verilib.

Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.

adviad