14 Noyabr

Dünya bazarlarında təbii qaz BAHALAŞIB

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yüksəlib.Fins.az -ın məlumatına görə, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,04% artaraq 2,68 ABŞ dolları təşkil edib.