05 Dekabr

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

10 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq

Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb

Məlumatda bildirilir ki, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105023755

Emissiya həcmi

10 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

728 gün

Faiz ödənişləri (olduqda)

09 iyun 2020-ci il, 08 dekabr 2020-ci il, 08 iyun 2021-ci il, 07 dekabr 2021-ci il

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

07.12.2021

Anderrayter

Paşa Kapital İŞ

QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.