16 Dekabr

Maliyyə bazarlarında son vəziyyət

Dünya birjalarında bu həftə risk iştahı daha da artmaqla yanaşı, açıqlanacaq önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzində olacaqdır.

ABŞ və Çin arasında yanvarın ilk həftəsində imzalanması planlaşdırılan ticarət sazişinin ilkin mərhələsi üçün razılaşmanın əldə edilməsində sonra dünya birjalarında risk iştahı daha da artıb. Beləliklə, EUR/USD məzənnəsi 1.11$-ın üzərində qaldıqca, bahalaşmaqda davam edə biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın sənaye və xidmət sektorlarında biznes aktivliyi indekslərinin, çərşənbə axşamı saat 17:30 ABŞ-ın sənaye və cümə axşamı saat 19:00-da tikinti sektoru və cümə günü saat 17:30-da iqtisadi inkişafa dair məlumatların açıqlanması da investorların diqqət mərkəzində olacaqdır.