20 Noyabr

Azərbaycanla Çin arasında Protokol imzalanıb

Azərbaycan və Çin nümayəndə heyətləri arasında aparılmış danışıqların yekunlarına dair Protokol imzalanıb

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması ilə bağlı ölkəmizdə səfərdə olan Çin nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında aparılmış ikigünlük müzakirələrin yekunlarına dair Protokol imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Çin tərəfindən Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahua imzalayıb.

Protokolda “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviq edilməsi, Mərkəzi Dəhliz ilə konteyner daşımalarına Çin əyalətləri tərəfindən subsidiyaların ayrılması, Çinin nəqliyyat və logistika operatorları tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadənin genişləndirilməsi, həmçinin Azərbaycan və Çin hökumətləri arasında baxılmaqda olan beynəlxalq avtomobil daşımaları, kombinə edilmiş yükdaşımaları haqqında Saziş layihələrinin imzalanması üzrə zəruri tədbirlərin sürətləndirilməsi məsələləri öz əksini tapıb.Söhbətin sonuMesaj yaz...