27 Noyabr

Qazaxıstanda proqramçılar Azərbaycan dilində mobil tətbiq yaratdı

Qazaxıstanlı proqramçılar Azərbaycan dilində öyrədən mobil tətbiq hazırlayıblar. Qazaxıstan KİV-ləri xəbər verir ki, uşaqlar üçün olan oyun "IQ uşaq" adlanır. Tətbiq bir yaşdan yuxarı olan və danışmağa başlayan uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar şəkillərə basmaqla sözləri və onların düzgün tələffüzünü eşidirlər. Proqram pulsuzdur.

Qeyd olunur ki, oyun əvvəlcə Qazaxıstanda yaşayan azərbaycanlı uşaqlar üçün yaradılıb, ancaq tətbiqetmənin Azərbaycanda da istifadəçiləri var. Daha əvvəl proqram qazax dilində olub, lakin tədricən o, Azərbaycan dilinə tərcümə olunub.

"Dillərin oxşarlığı bu işi xeyli asanlaşdırıb", - tətbiqin yaradıcıları bildiriblər.