13 Dekabr

Sədaqət Qəhrəmanova: "Qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində 200-dən artıq qadın öz biznesinə başlayıb"

“9 rayonda mövcud olan qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində 200-dən artıq qadın öz biznesinə başlayıb.”

Fins.az -ın məlumatına görə, bunu qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. Onun sözlərinə görə, hər bir qadının daxilində bacarıq var, ona görə də qadınlardakı bacarığı görmək, tapmaq üçün təşkilatlara ehtiyac var: “9 rayonda mövcud olan qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində 200-dən artıq qadın öz biznesinə başlayıb. Bu gün Azərbaycanda qadınların öz bizneslərini başlaması üçün imkanlar var. İnsanlara sadəcə bunu göstərmək lazımdır".