Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar-noyabr ayları üzrə illik inflyasiya səviyyəsi açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ən yüksək illik inflyasiya 4,6% olmaqla Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb. Bakı şəhərində isə illik inflyasiya 2,9% təşkil edib.
İqtisadi rayonların illik inflyasiya üzrə renkinqi:
# | İqtisadi rayonlar | İllik inflyasiya, % | Aylıq inflyasiya, % |
1 | Quba-Xaçmaz | 4,6 | 0,5 |
2 | Lənkəran | 4,6 | 0,3 |
3 | Şəki-Zaqatala | 4,0 | 0,4 |
4 | Yuxarı Qarabağ | 3,9 | 0,9 |
5 | Abşeron | 3,5 | 0,6 |
6 | Aran | 3,4 | 0,5 |
7 | Dağlıq Şirvan | 3,3 | 0,3 |
8 | Gəncə-Qazax | 3,2 | 0,3 |
9 | Naxçıvan | 2,1 | 0,2 |
APA