05 Dekabr

Almaniyada sənaye sifarişləri azalıb

Almaniyada fabrik sifarişlərinin həcmi proqnozlaşdırılandan daha çox azalıb. Almaniyanın statistika idarəsinin verdiyi rəsmi məlumatlara əsasən, sənaye sifarişlərinin həcmi oktyabrda 0.4% azalıb. Mütəxəssislər isə 0.3%-lik artım proqnozlaşdırmaqla, yalnız aylıq artım dinamikasının azalmasını ehtimal edirdilər. Lakin artıq aylıq azalma müşayidə edilir.

Qeyd etmək lazımdır ki, cari il ərzində ən çox aylıq azalma 0.4% ilə fevralda olub.