05 Dekabr

Pərakəndə satış dövriyyəsi proqnozlaşdırılandan daha çox azalıb

Avrozonada pərakəndə satış dövriyyəsi proqnozlaşdırılandan daha çox azalıb. Fins.az xəbər verir ki, Avropa statistika idarəsinin verdiyi məlumata əsasən, pərakəndə satış dövriyyəsi oktyabrda aylıq müqayisədə 0.6% azalıb. Mütəxəssislər isə 0.3%-lik azalma ehtimal edirdilər.

Qeyd etmək lazımdır ki, sözügedən azalma cari ilin ən yüksək səviyyəsi hesab edilir.