12 Dekabr

Deflyasiya proqnozlaşdırıldığından daha da dərinləşdi

İsveçrədə deflyasiya proqnozlaşdırıldığından daha da dərinləşdi. İsveçrənin statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi noyabrda 0.4% azalaraq, illik göstəricinin mənfi 2.5%-ə kimi artmasına səbəb olub. İqtisadçılar isə aylıq müqayisədə göstəricinin yalnız mənfi 0.1, illik müqayisədə mənfi 2.2% olacağını proqnozlaşdırırdılar.

Qeyd etmək lazımdır ki, aylıq göstərici cari ilin ikinci yarısının, illik göstərici isə son üç ilin maksimum səviyyəsi hesab edilir.