13 Noyabr

Bülənt Qorxmaz istefa verdi

Türkiyənin "Antalyaspor" klubunun baş məşqçisi Bülənt Qorxmaz istefa verib.

Fins.az xəbər verir ki, 50 yaşlı çalışdırıcı bu barədə şəxsi instaqram hesabında yazıb.

O, azarkeşlərə, futbolçulara və rəhbərliyə təşəkkür edib:

Qeyd edək ki, B. Qorxmazın ötən mövsümün əvvəlindən çalışdırdığı "Antalyaspor" bu mövsüm 11 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.