20 Noyabr

Amazon pulsuz musiqi striminq xidmətini təqdim edəcək

ABŞ, Böyük Britaniya, Almaniya istifadəçiləri Amazon Music-də musiqilərə pulsuz qulaq asmaq imkanına sahib olacaqlar.

Fins.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

Əvəzində isə istifadəçilər audioreklamı dinləməli olacaqlar. Amma kimisə belə reklamlara qulaq asmaq istəmirsə, bu halda Amazon Music-in pullu versiyasından istifadə edə bilər. Belə abunə milyonlarla mahnını və minlərlə pleylisti özündə cəmləşdirir.

Xatırlatmaq yerinə düşər ki, anoloji modeldən digər musiqi striminq xidmətləri də istifadə edir. Məsələn, Spotify, Deezer və s.

2018-ci ildə Amazon-un musiqi xidmətlərinə Amazon (Prime Music и Music Unlimited) abunəçi sayı isə təxminən 20 milyon nəfər təşkil etmişdi.

©Facemark.az