22 Noyabr

Reynolds and Reyner Devid Bekhemin ətrinin dizaynını təqdim etdilər – Foto + Video

Bir neçə sferada uğurlu olan və sadiq ata kimi yadda qalan Devid Bekhem özünün həyatdakı əsas missiyasına sadiq qalır: Yer Kürəsində hər kəsə dərin hörmətlə yanaşın!

Fins.az xəbər verir ki, Eau de Toilette ətri və digər parfüm vasitələri özündə möhkəm idman xarakterini nümayiş etdirən aromat və meşənin təzə qoxusunu assosiasiya edir. Bu parfümlər dizayn və aromat olaraq eyni stildə hazırlanıb.

Ətirlərin dizaynında istifadə olunmuş su damcıları ona işarədir ki, bir dəfə edilən yaxşılıq Yer kürəsində yaşayan insanların qəlblərində yayılmağa davam edəcək. Bu effekt, təkcə qablaşdırma dizaynında istifadə olunmayıb. Demək olar ki, brendin reklam kampaniyasının əsas ideyası olaraq qalıb.

Kişilik, eleqantlıq, tərz sahibi olmağı, zadəganlığı özündə əks etdirən ətir 18-35 yaş arası kişilərə xitab edir.

Qeyd edək ki, Devid Bekhem ətirlərinin dizaynı Reynolds and Reyner agentliyinə məxsusdur.

©Facemark.az