04 Dekabr

Mail.ru Group-un dizayn üzrə keçmiş direktoru bu şirkətə keçdi -Foto

Yuri Vetrov Mail.ru Group-un dizayn üzrə direktor vəzifəsini payızda tərk edib. O, hazırda isə Raiffayzenbank-da Marka idarəetməsi və Rəqəmsal Şöbənin rəhbəri vəzifəsinə təyinat alıb.

Fins.az xəbər verir ki, bankın mətbuat xidmətinin açıqlamasında deyilir ki, onun yeni vəzifəsindəki strateji mövqeyi bankın yenilənmiş markasının inkişafı və onun dəyərlərinin müştərilərin rəqəmsal təcrübəsinə ötürülməsi daxildir.
Bildirilir ki, yeni təyinat marketinq komandasının işini gücləndirəcək.

O, bankda yeni keyfiyyətlə dizayn sisteminin hazırlanması ilə məşğul olacaq. Bu isə bank ilə müştərilərin qarşılıqlı təsirinin bütün nöqtələrini əhatə edəcək və bazarda UX/UI community inkişafına imkan yaradacaq.

O, istifadəçi interfeyslərində 18 ildən çox təcrübəyə malikdir və bazarda məlum rəqəmsal məhsulların dizaynı sahəsində peşəkardır. Daha əvvəlki işində isə o, Mail.ru Group-da dizayn komandasına başçılıq edirdi və bir çox yeni məhsulların ərsəyə gəlməsi də onun adı ilə bağlıdır.

Məsələn, “Poçt”, “Bulut”, b2b-xidmətləri, medialayihələr, əsas səhifədə axtarış, korporativ marka və s. Yurinin komandası Mail.ru-nun rebrendinqində iştirak ediblər.

Poçt sisteminin yenilənmiş versiyasını və səsli assistent Marusya-nı, yeni vizual dil Mail.ru Cloud Solutions-u və Paradigm dizayn-sistemini tərtib edib.

Xatırlatmaq yerinə düşər ki, yazda BBDO Branding agentliyi Raiffayzenbank-ın yeni firma üslubunu hazırladılar. Bu isə müxtəlif kanallarda markanın kommunikasiyasına hesablanmışdı.

©Facemark.az