15 Noyabr

Vilayət Eyvazovdan yeni təyinat

Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl rayon Polisinin istintaq bölməsinin rəisi işləyib.