11 Dekabr

İlham Əliyev Keniyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Keniyanın dövlət başçısı Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".