20 Noyabr

Sığorta sektorunun xalis mənfəəti artıb

2019-cu ilin birinci yarısında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 64 milyon 109 min manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 24,5% çoxdur.

Fins.az xəbər verir ki, Yanvar-iyun aylarında sığorta sektorunun gəlirləri 2018-ci ilin birinci yarısı ilə müqayisədə 0,7% - 372 milyon 578 min manatadək, sığorta haqları 7,8% - 403 milyon 318 min manatadək azalıb. Xalis sığorta ehtiyatları isə 86 milyon 41 min manat azalıb. İnvestisiya gəlirləri 30 milyon 8 min manat (artım 12%), sığorta haqlarında təkrar sığortaçıların payı 10 milyon 42 min manat (azalma 26,6%) təşkil edib. Sığorta sektorunun xərcləri 4,8% - 301 milyon 285 min manatadək azalıb. Sığorta ödənişləri 122 milyon 142 min manat (azalma 2%), təkrar sığorta ödənişləri 75 milyon 586 min manat (azalma 14,9%), işlərin aparılması xərcləri 87 milyon 711 min manat (azalma 1%) təşkil edib. 2019-cu ilin 1-ci yarısında sığorta sektoru 7 milyon 185 min manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. 2019-cu il iyulun 1-nə sığorta sektorunda 34 hüquqi şəxs qeydiyyata alınıb, onların 33-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir), 22-si sığorta, 1-i təkrar sığorta, 11-i broker şirkətidir.