21 Noyabr

Aqrar sığortanın ŞƏRTLƏRİ

Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir.

Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir.

Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır

Aqrar sığorta müqaviləsi sığorta qaydaları və aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş müddətdən artıq müddətə bağlanıla bilməz.

Aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir.

Müstəqil ekspertin müqavilə şərtlərini pozduğu aşkar edildikdə bu barədə aqrar sığorta orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

Sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert sığorta predmetinə baxış keçirir və onun məruz qala biləcəyi riskləri qiymətləndirir.

Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.