29 Noyabr

DOST Agentliyi tender elan edir

Təşkilatın adı: "DAYANIQLI VƏ OPERATİV SOSİAL TƏMİNAT AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXSİ

Təşkilat VOEN: 1305817761

Təşkilatın ünvanı: Bakı ş., İ.Qutqaşınlı 86.

Tender predmeti: Avadanlıqların və arxivasiya işinin təşkilinin satın alınması

Tenderin adi: Avadanlıqların və arxivasiya işinin təşkilinin satın alınması

Avadanlıqların və arxivasiya işinin təşkilinin satın alınması

BaşlıqAçıqlamaMiqdar
SkanerTarama edilən sənədin fiziki ölçüləri : A3, A4, A5 və s. Tarama sürəti: 25 səhifə / dəq Çıxış həlli: 300 dpi Çıxış səviyyəsi: Rəngli / Qara və ağ Çıxış formatları: JPG, PDF (Şəkil), PDF (Mətn), TXT, Excel İnterfeys: USB 2.050ədəd
Arxivləşmə işinin təşkiliNazirliyin mövcud arxivinin təşkilini və strukturunu və sənədlərin təsnifatını təhlil etmək və ona müvafiq olaraq prosesin təşkili üzrə təkliflərini hazırlayıb Nazirliyə təqdim etmək; Sənədlərin formatını və vəziyyətini təhlil edərək onların elektron nüsxələrinin hazırlanması məqsədi sənədlərə olan tələbləri (tikilmiş sənədlərin sökülməsi və s.) müəyyənləşdirmək; Elektron nüsxələrin formatına (pdf, jpg, və s.), keyfiyyətinə (ağ-qara, rəngli və s.), redaktə edilməsi imkanlarına və s. olan tələbləri Nazirlik ilə birlikdə müəyyənləşdirmək; Prosesin qurulması üzrə Nazirliyin müvafiq qurumlarının texniki imkanlarını (lokal şəbəkə infrastrukturu, kömputer avadanlıqları və s.) qiymətləndirmək və təkliflərini hazırlayıb Nazirliyə təqdim etmək; Prosesin icrasını sürətləndirmək üçün iş yerlərinin optimal qurulmasını (vaxt itkisinin azaldılması, səmərəliliyin artırılması) və müvafiq iş mühitinin yaradılması üzrə təkliflərini hazırlayıb Nazirliyə təqdim etmək; Nazirlik tərəfindən prosesin icrasını həyata keçirmək üçün ayrılmış işçilərin işin icrası haqqında məlumat vermək, avadanlıqların istifadə qaydaları barədə təlim keçmək və işlərinə ümumi nəzarəti həyata keçirmək; Prosesin icrasında ləngimələrin minimuma endirmək üçün Nazirliyin müvafiq qurumlarından arxiv sənədlərinin proses üçün vaxtında hazırlanmasını və təhvil verilməsini təyin etmək məqsədi ilə görülən işi təqib etmək və müvafiq qurumlar ilə daimi ünsiyyətdə olmaq; Skan edilmiş sənədlərin yoxlanmasını, onların sənədlərin əslləri ilə uyğun olmasını və ehtiyac olduğu halda, hazır elektron nüsxələrin redaktə edilməsini (çatışmayan səhifələrin əlavə edilməsi, təkrarlanan səhifələrin silinməsi və s.) təmin etmək; Skan edilmiş sənədlərin eyni formatda olmasını, onların düzgün təsnifatını və mütəmadi olaraq ehtiyyat sürətinin yenilənməsini təmin etmək; Nazirlik ilə razılaşdırılmış keyfiyyətdə və oxuna biləcək şəkildə arxiv sənədlərinin elektron sürətlərinin hazırlanmasını təmin etmək; Təchiz edilmiş avadanalıqlar üzrə istifadə qaydalarının əməkdaşlar tərəfindən pozulması hallarını aşkar etdikdə bu barədə Nazirliyə məlumat vermək; Prosesin icrası zamanı onun təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Nazirliyə təqdim etmək; Prosesin icrasında yaranan problemlərin aradan qaldırılması barədə Nazirliyə təkliflər vermək; Prosesin icrası zamanı yarana biləcək riskləri təhlil etmək və onların azaldılması üçün təkliflərini hazırlayıb Nazirliyə təqdim etmək; Nazirliyin tələbi ilə müvafiq hesabatlar vermək və müvafiq görüşlərdə iştirak etmək; Görülmüş işlərin uçotunu təşkil etmək və reyestrini aparmaq.12ay

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

28.11.2019 20:40

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

18.12.2019 12:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

30.12.2019 11:30

Zərflərin açılış tarixi və vaxtı

30.12.2019 12:00

İştirak haqqı: 350 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ25IBAZ38090039446221732216VÖEN: 9900001881Bank: Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal FilialıKodu: 805562M/H: AZ03NABZ01350100000000002944S.W.İ.F.T: IBAZAZ2XBüdcə təsnifat kodu:

ÇATDIRILMA YERİ

İ. Qutqaşınlı küçəsi 86

ÇATDIRILMA MÜDDƏTİ

30 dekabr 2020

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

30%

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Tələb olunan sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayışzəruridirQeydiyyatdan keçdiyi ölkəzəruridirNizamnaməzəruridirSon bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasızəruridirMaliyyə vəziyyəti haqqında bank arayışızəruridirFəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surətizəruridirRekvizitlərzəruridir

İxtisas göstəriciləri:

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

Texniki təklif: 30 bal

Bənzər işlərdə təcrübəsi15Bənzər işlərdə təcrübəsi üzrə bal hesablanarkən aşağıdakı düsturdan istifadə olunacaqdır: Bb = T0 х 15 : T1Maliyyə vəziyyəti haqqında məlumat15İddiaçının sərbəst maliyyə resurslarının və dövriyyə vəsaitinin həcminə görə 15 balla qiymətləndiriləcəkdir. 0-dan – 100 000 – 3 bal, 100 000 - 500 000 -7 bal, 500 000 və yuxarı-15 bal “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur.

Qiymət təklifi:: 70 bal

Müqavilənin təminatı-Təklifin qüvvədə olma müddəti-Təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günüTender təklifinin təminatı-tender təklifi ilə birlikdə tender təklifi dəyərinin 1%-i məbləğində təminat (bank zəmanəti formasında) təqdim edilməlidir (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).Qiymət təklifi70Təklifin qiyməti üzrə bal hesablanarkən aşağıdakı düsturdan istifadə olunacaqdır: Bt = T1 х 70 : T0 Burаdа: Bt - tеndеr təklifinin qiyməti üzrə bal; T1 - iddiаçılаr аrаsındа ən aşаğı qiymət təklifi; T0 - konkret iddiаçının təqdim еtdiyi qiymət təklifi.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi:30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı:60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra

Ləman Əliyevaməsləhətçi+994125255026+994125255026

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 28.11.2019 20:40 tarixindən sonra əldə edə bilərsiniz