13 Dekabr

"Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır – VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı Sənədlərə nəzarət üzrə mütəxəssis (sertifikasiyası üzrə) vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Qaynaq cizgilərini oxuma bacarığı olmalı;
• Qaynaq növlərini və birləşmələrini bilməli;
• İstehsalatdan gələn hesabatların müvafiq qeydiyyatlarını aparmalı;
• Materialların sertifikatlarını müvafiq qaydaya uyğun yığmalı;
• İstehsal sonu bütün sənədləri müvafiq qaydada toplamalı;
Təhsil/Təcrübə: • Ali texniki təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərini sərbəst istifadəçi səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis (sertifikasiyası üzrə)” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.