ANALİTİKA

25 Aprel
3

“Yaşıl Kart” necə işləyir?

Xəbər verildiyi kimi, Azərbaycan “Yaşıl Kart” sisteminə qoşulur. Bununla bağlı “İcbari sığortalar haqqında” qanuna dəyişikliklər edilib. Qarşıdakı
bir ay ərzində BMT-nin Avropa İqtisadi Komissiyasına və “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasına rəsmi müraciət edəcək. Nəticədə xarici ölkələrdə qəza törədən Azərbaycanın avtomobil sahiblərinin də mülki məsuliyyəti sığortalanacaq. Sistemin fəaliyyəti üçün Azərbaycanda “Yaşıl kart” bürosu təsis ediləcək. Büronun funksiyalarını İcbari Sığorta Bürosu (İSB) həyata keçiriləcək.

Yaşıl Kart nədir?

“Yaşıl kart”- üzv ölkələr arasında avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət sığortası üzrə beynəlxalq sığorta sazişidir.

1949-ci ildə Londonda avtosığortaçıların beynəlxalq konfransında BMT-nin İqtisadi və sosial şurasının tövsiyələri qəbul edilib və qərargahı Londonda olan Bürolar Şurası rəsmən təsis edilib.

1951-ci ildə Bürolar Şurasının ilk rəsmi iclası keçirilib və sistemin qəbul edildiyi ölkələrin milli büroları arasında vahid standartlar hazırlanıb. “Yaşıl Kart” sazişi 1953-ci il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyəti üzrə sazişin üzvü olan istənilən ölkədə verilmiş sığorta şəhadətnaməsi digər üzv ölkələrinin ərazisində qüvvədədir. 2006-cı ildən Bürolar Şurasının qərargahı Brüsseldə yerləşir. Qeyd edək ki, “Yaşıl Kart” sistemi 50-yə yaxın ölkədə, həmçinin qonşu Rusiya, Türkiyə və İranda qüvvədədir.

Bəzi ölkələrdə zərərə hədd qoyulmur

“Yaşıl Kart” sistemi müştərilər üçün sərfəlidir, lakin sığorta şirkətləri haqda heç də həmişə bunu demək olmur. Bəzi ölkələrdə, zərər limiti müəyyən edilmədiyinə görə, digər ölkələrin sığortaçıları böyük kompensasiyalar ödəməli olurlar. Məsələn, Rusiyada bu səbəbdən bir neçə şirkət bu sistemə üzvlüyünü dayandırıb.

Bu ölkədə “Yaşıl Kart”a 12 avtosığortaçı qoşulmuşdu. Lakin, sonradan “İnqosstrax", "MAKS" və "SOQAZ" kimi iri şirkətlər bundan imtina edib. Səbəbi bəzi ölkələrdə böyük və ya qeyri-məhdud limitlərin qoyulması və bunun nəticəsi olaraq olduqca böyük ziyan çəkilməsidir. Sistemə qoşulan ölkələrdə müxtəlif zərər limitləri müəyyənləşdirilib. Bəiz ölkələrdə isə ümumiyyətlə limit yoxdur. Aşağıdakı cədvəldə bu limitlərlə tanış ola bilərsiniz.

“Yaşıl Kart” sisteminə üzv olan ölkələrdə limitlər

Ölkə

Hər bir zərərçəkənə görə limit

Bütün zərərçəkənlərə görə limit

Hər bir nəqliyyat vasitəsinə görə limit

Bütün nəqliyyat vasitələrinə görə limit

Austriya

€ 5 800 000

€ 1 200 000

Albaniya

€ 140 000

€ 1 050 000

€ 105 000

Andorra

€ 50 000 000

€ 50 000 000

Belqiya

Limit yoxdur

€ 100 000 000

Bolqarstan

€ 1 022 584

€ 5 112 919

€ 1 022 584

Bosniya və Herseqovina

€ 511 230

€ 178 930

Belarus

€ 10 000

€ 30 000

€ 10 000

€ 30 000

İşveçrə

€ 4 057 950

€ 5 000 000

Kipr

€ 33 540 000

€ 1 120 000

Çex Respublikası

€ 1 354 800

€ 1 354 800

Almaniya

€ 7 500 000

€ 1 120 000

Danimarka

€ 14 882 600

€ 2 949 710

İspaniya

€ 70 000 000

€ 15 000 000

Estoniya

€ 5 000 000

€ 1 000 000

Fransa

Limit yoxdur

€ 1 120 000

Finlandiya

Limit yoxdur

€ 3 300 000

Lixtenşteyn

€ 5 600 000

€ 1 120 000

Britaniya

Limit yoxdur

€ 1 170 590

Yunanıstan

€ 1 000 000

€ 1 000 000

Macarıstan

€ 5 327 620

€ 1 664 880

Xorvatiya

€ 464 045

€ 198 876

İtaliya

€ 5 000 000

€ 1 000 000

İsrail

Limit yoxdur

Limit yoxdur

İcbari sığorta yoxdur

İcbari sığorta yoxdur

İran

€ 37 382

Limit yoxdur

€ 935

İrlandiya

Limit yoxdur

€ 1 120 000

İslandiya

€ 11 984 500

€ 1 734 280

Luksemburq

Limit yoxdur

Limit yoxdur

Litva

€ 5 000 000

€ 1 000 000

Latviya

€ 5 000 000

€ 1 000 000

Malta

€ 2 500 000

€ 500 000

Morokko

€ 889 892

€ 889 892

Moldova

€ 20 097

€ 40 194

€ 28 710

Makedoniya

€ 675 000

€ 337 500

Çernoqoriya

€ 250 000

€ 100 000

Norveç

Limit yoxdur

€ 1 235 000

Niderland

€ 5 600 000

€ 1 120 000

Portuqaliya

€ 5 000 000

€ 1 000 000

Polşa

€ 5 000 000

€ 1 000 000

Ruminiya

€ 5 000 000

€ 1 000 000

Rusiya

€ 3 625

€ 2 719

€ 3 625

İsveç

€ 34 490 300

€ 34 490 300

Slovakiya

€ 5 000 000

€ 1 000 000

Sloveniya

€ 5 000 000

€ 1 000 000

Serbiya

€ 74 747

€ 149 496

Tunis

Limit yoxdur

Limit yoxdur

Turkiyə

€ 86 168

€ 430 840

€ 8 617

€ 17 234

Ukrayna

Ukraine

€ 9 070

Limit yoxdur

€ 4 535