ANALİTİKA

01 Yanvar
2

Təyyarələr niyə qəzaya uğrayır? – SƏBƏBLƏR

Dünyada təyyarə ilə uçan hər 100 milyon sərnişindən yalnız 2-ıi ölür. Fins.az forinsurer.com-a istinadən xəbər verir ki, “Allianz Global Aviation Safety Study” şirkətinin aviasiya təhlükəsizliyi üzrə qlobal tədqiqatında bildirilir. Müqayisə üçün bildirək ki, 1962-1971-ci illərdə hər 100 mln. sərnişinə görə 133 ölüm hadisəsi olurdu.

Təhlükəsizliyin idarə edilməsi

Araşdırma göstərir ki, son 60 ildə səma daha təhlükəsiz olub. Belə ki ABŞ və Avropada təyyarə qəzasından həlak olma ehtimalı (29 mln.-da 1 hal) ildırım vurmasından həlak olma ehtimalından (10,5 mln.-da 1 hal) daha azdır. Baxmayaraq ki, təyyarə ilə uçanların sayı sürətlə artır - belə ki, 1960-cı ildə təyyarə sərnişinlərinin sayı 106 milyon nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 3,3 milyard nəfər olub.

Sığorta hadisələrinin əsas səbəbləri

Tədqiqatda bildirilir ki, yeni texnologiyalar, naviqasiya sistemləri, mühərriklərin təkmilləşdirilməsi və daha təhlükəsiz konstruksiyaların tətbiqi, və elektrik-distansion idarəetmə sistemi texnologiyaların tətbqiqi nəticəsində Amerika ölkələrində uçuşların təhlükəsizlik səviyyəsi yaxşılaşıb.

Buna baxmayaraq, təyyarə qəzaları ilə bağlı sığorta ödənişlərinin həcmi, eləcə də məhkəmə araşdırmalarının sayı da artır. Bu, təyyarələrin konsturksiyasında yeni materiallardan istifadə edilməsi hesabına baş verir.
“İndi biz təyyarələrdə ölümlə nəticələnən qəzaların sayını daha az müşahidə edirik. Amma risk və zərərlərin yeni növləri yaranıb. Bunlar kompozit material və məmulatların istifadəsi, bu materialların təmiridir. Yerüstü avadanlığın zədələnməsi və uçuşların qadağan edilməsi riskinin artması da potensial zərərin məbləğini artırır.
2020-ci ildə aviaparkın dəyərinin və sərnişinlərin sayının artacağı, buna müvafiq olaraq dünya üzrə orta illik ümumi sığorta ödənişlərinin həcminin 1 trilyon dollara çatacağı gözlənilir.

Ən təhlükəsiz uçuşlar Şimali Amerika və Avropadadır

Tədqiqatda bildirilir ki, 2012-ci ildə ölüm halları ilə nəticələnən təyyarə qəzalarının 88%-i Afrika (45%) və Asiyada (43%) baş verib. Bu da istifadə edilən təyyarələrin köhnəliyi ilə bağlıdır. Belə ki, hazırda 2-ci nəsil (1967-1974-ci illər) təyyarələr ən çox Afrikada istifadə olunur. “Qara qitə”də bütün hava parkının 50%-ni köhnə təyyarələr təşkil edir. Afrikanın ayrı-ayrı hissələrində təhlükəsizlik standartları isə ABŞ və Avropada 50 il əvvələ aid standartlarla müqayisə oluna bilər.

Təyyarə qəzalarının səbəbləri

Təyyarə qəzalarının 70%-i əsasən insan amilinə görə - pilotun yorğunluğundan baş verir. Bəzi texnoloji yeniliklər, məsələn avtomatlaşdırma prosesi təhlükəsizlik səviyyəsini artırıb. Lakin avtomatlaşdırılmanın da öz qüsurları var.
Son 10 illik dörün analizi göstərir ki, təyyarə qəzalarının böyük hissəsi (57%) təyyarənin aşağı enməsi və oturması zamanı baş verir. Hadisələrin 24%-i isə təyyarə hündürlük yığanda baş verir. Nəticədə hadisələrin cəmi 9%-i uçuş zamanı baş verir.
Təyyarə qəzalarının digər səbəbi başqa obyektlərlə toqquşmaqdır. Belə hallar sığorta hadisələrinin səbəbləri sırasında 5-ci yeri tutur. Təyyarələr ən çox quşlarla toqquşur, amma uçuş-enmə zolağında heyvanlarla (zebralar, inəklər və s) toqquşma hallarına da rast gəlinir.

Təyyarədə daha təhlükəsiz yer hansıdır?

Statistika da göstərir ki, “təhlükəsiz yer” deyilən anlayış yoxdur, çünki bir-biri ilə müqayisə edilə biləcək 2 təyyarə qəzası tapmaq mümkün deyil.