ANALİTİKA

01 Yanvar
8

2015 model “BMW X6” Bakıda neçəyədir?

Bakıya 2015-ci il model “BMW X6” gətirilib. Bu barədə fins.az-a bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “Improtex Motors” şirkətindən bildirilib. Şirkətin marketinq meneceri Günay Heydərova ilkin olaraq 2 ədəd yeni “BMW X6” avtomobilinin gətirildiyini deyib.

Texniki göstəricilər

Avtomobil 4.3 L həcmli, 450 at gücündə mühərriklə təhciz olunub. “Improtex Motors” şirkətinin satış salonunun müdiri Namiq Manafov fins.az-a açıqlamasına görə, yeni “BMW X6”avtomobilinin yanacaq sərfiyyatı hər 100 km üçün şəhər içi 13 litr, şəhərdən kənarda isə 7,7 litrdir. 2015 krossoveri 0-100 km/saat sürətlənməni 4,8 saniyəyə həyata keçirir. Modelin maksimal sürəti 250 km/saat –dır.

Yeniliklər

Modelin korpusunun forması, eksteryerin və interyerin dizaynı yenilənib. Avtomobil kross-kupe təhdidedici, aqressiv qabaq bamperə, yenidən işlənmiş radiator barmaqlığına və aerodinamik yan ətəklərə sahibdir. Avtomobilə havalanan ön qanadlar və yanlarda aerodinamik arxa görünüş güzgüləri əlavə edilib.İdman stili arxa hissədə də davam edir.Arxa hissədə fərqləndirici bamper və yeni idman xaricetmə sisteminin dörd ədəd borusu ilə əhatə olunan diffuzor əlavə olunub. Yeni BMW X6 modelinin salonu da xarici görkəminə uyğundur.

Burada dəri idman kürsüləri (Merino), cihazların yeni kombinasiyası, alüminium sükanaltı ləçəklərlə dəri M idman sükanı, dəri cihaz paneli, alüminium işləmələr, karbon taxmalar və M firma kandarları diqqəti çəkir. Avtomobil yüksək keyfiyyətli Harman Kardon audio sistemlə təchiz olunub.

Yeni “BMW X6” Bakıda 128 min manata satılır

“Improtex Motors” şirkətinin marketinq meneceri Günay Heydərova fins.az-a bildirib ki yeni “BMW X6” Bakıda 128 min manata satılır. G.Heydərova digər modellərdə qiymət dəyişikliyi olmadığını da deyib.